Şərab turizminin inkişafı üçün yeni sayt yaradılıb

Şamaxı. Çingiz Səfərli – Trend:

Azərbaycanda şərab turizminin inkişaf etdirilməsi üçün “Azerbaijanwine.com” saytı yaradılıb.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova deyib.

O bildirib ki, sayt azərbaycan və ingilis dilində fəaliyyət göstərir.


“Burada həm yerli, həm də xarici şərablar, eyni zamanda ölkəmizdə şərab turizminin inkişaf etdiyi yerlər haqqında məlumat var”.

Twitter: @cingizsafarli

Teqlər: