Xankəndidə, rus sülhməramlılarının məsuliyyət zonasında saxlanılan separatçı-terrorçuların keçmiş “müdafiə naziri” Mikael Arzumanyan azad edilib.
AzerTimes xəbər verir ki, bunu onun vəkili Erem Sərkisyan deyib.
Vəkilin sözlərinə görə, Arzumanyanın həbs müddəti başa çatıb və o məhkəmənin qərarı ilə azad edilib.
Qeyd edək ki, Mikael Arzumanyanın “Şuşanın müdafiəsindəki səhlənkarlığa”a görə saxlanıldığı bildirilmişdi.