Ermənistan mediası Qarabağdakı separatçı-terrorçuların silahları və ağır hərbi texnikanı rus sülhməramlılara təhvil verdiyi haqda məlumat yayırlar.
AzerTimes-ın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bu, tamamilə yalandır.
“Erməni separatçı-terrorçular bütün silahları, hərbi texnika və artilleriyanı – hamısını Ordumuza təhvil verir. Bütün prosesə Ordumuz nəzarət edir”, – mənbə vurğulayıb.