Separatçılar Ukraynada yeni dövləti yaradır.
Özünü müstəqil elan edən separatçı Donetsk və Luqans xalq respublikaları, eləcə də 19 region nümayəndəsi bu gün Malorossiya yaratdıqlarını elan ediblər. Bu barədə akt Donetskdə, separatçı rejimin nazirlər şurasının sədr müavini Aleksandr Timofeyev elan edib.
Separatçı dövlətin paytaxtı Donetsk seçilib, Kiyev isə tarixi- mədəni mərkəz olacaq. “Donetsk Xalq Respublikasının” (DXR) başçısı Aleksandr Zaxarçenko da bu barədə açıqlama verib. “Biz yeni dövlətin Malorossiya adlanmasına razıyıq, çünki Ukrayna adı özünü etibardan salıb”.