Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən hissəsində fəaliyyət göstərən separatçı-terrorçular təslim olurlar.
AzerTimes xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
İddia edilib ki, terrorçu-separatçıların “qərargahı” bu mətni hazırlayıb:
1. Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 20 sentyabr 2023-cü il saat 13:00-dan etibarən hərbi əməliyyatların tam dayandırılması barədə razılıq əldə olunub;
2. Ermənistan Respublikası Silahlı Qüvvələrinin qalan hissələrinin və hərbi heyətinin Rusiya sülhməramlı kontingentinin yerləşdirilmə zonasından çıxarılması və “Dağlıq Qarabağ müdafiə ordusu” və ağır texnika və silahların tezliklə zərərsizləşdirilməsi məqsədi ilə Qarabağ ərazisindən çıxarılması;
3. Azərbaycan tərəfinin reinteqrasiya, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qaldırdığı məsələlər, habelə Azərbaycan Konstitusiyasına uyğun olaraq Qarabağın erməni əhalisinin güzəranının təmin edilməsi məsələləri…
Əldə edilmiş razılaşma 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində yerli erməni əhalisinin nümayəndələri ilə Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının nümayəndələri arasında keçiriləcək görüşdə və sonrakı görüşlərdə müzakirə olunacaq.
Qeyd edək ki, mətn rəsmi olaraq yayılmayıb.
Xəbər yenilənəcək…