Separatçılar təlaşda: Ukrayna kütləvi hücuma keçdi

Separatçılar təlaşda: Ukrayna kütləvi hücuma keçdi

Ukrayna Silahlı Qüvvələrinin 150 nəfərlik qrupu Kremennaya şəhərində Rusiya ordusunun müdafiə xəttini yarmağa cəhd edir.

AzerTimes xəbər verir ki, bu barədə Luqansk “xalq milis dəstəsi”nin “polkovnik-leytenantı” Andrey Maroçko deyib.

O bildirib ki, şəhərdə vəziyyət olduqca ağırdır və Ukrayna uzun müddətdir ki, hücum əməliyyatları icra edir:

“Üstəlik, dəfələrlə kütləvi hücum cəhdləri qeydə alınıb. Yəni kiçik qruplarla deyil, taktiki qruplarından başlayaraq təxminən 150 nəfərədək… Düşmən bizim müdafiə xəttimizi yoxlayır və onu yarmağa çalışır”.

Teqlər: