Separatçılar niyə Bakıya müraciət etdilər?

Separatçılar niyə Bakıya müraciət etdilər?

Qarabağdakı separatçı rejim Rusiya sülhməramlıları vasitəsilə rəsmi Bakıya görüşün keçirilməsi təklifini göndərib: sülhməramlıların nəzarət etdiyi ərazidə “təxirəsalınmaz humanitar məsələləri” müzakirə etmək istəyirlər;

Bakıda görüşməkdən iki dəfə imtina edəndən sonra bu istəklərinin bir neçə səbəbi var:

– Beynəlxalq icimaiyyət qarşısında təmaslarda maraqlı olduqlarını nümayiş etdirirlər;

– Bu təmasları sülhməramlıların vasitəsilə qurmaqla reinteqrasiya prosesini qəbul etməmək və özlərini tərəf kimi göstərməyə çalışırlar;

– Və ən mühüm detal görüşmək istəyən separatçıların çıxılmaz vəziyyətdə olmalarıdır, “təxirəsalınmaz məsələləri” müzakirə etmək istəkləri də bundan qaynaqlanır: Ordumuzun son əməliyyatları ermənilərin xarici aləmlə bağlantılarının nəzarətə götürülməsi ilə nəticələnib; məlumatlara görə, yolları nəzarətə götürəndən sonra rəsmi Bakının son tələbi ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmələri olub; separatçılar erməni əhalisinin bu seçiminin qarşısını alır, lakin yolların bağlanması onların Qarabağdakı əhali üzərində təsir imkanlarını saxlamalarını da çətinləşdirir; bu vəziyyətdə görüş təklifi ilə erməni əhalisinə “işləyirik” mesajını verir, həm də Ermənistanla əlaqələrinin bərpasına nail olmağa ümid edirlər.

Azərbaycanın təklifi isə qüvvədədir: Bakıda görüş və reinteqrasiya məsələlərinin müzakirəsi;

Teqlər: