Separatçılar hərbi texnikanı Qarabağdan bu cür çıxarıb

Separatçılar hərbi texnikanı Qarabağdan bu cür çıxarıb

Ermənistana gedən separatçıların Qarabağdan hərbi texnikanın bir hissəsini necə çıxara bilməsi barədə erməni mediası iddia yayıb.

AzerTimes xəbər verir ki, “Hraparak” separatçı-terrorçuların “ordusu”nun ləğv edilməsindən sonra hərbi maşınlardan “hərbi nömrələr”in çıxarılıb, yerinə mülki nömrələr bağlandığı və Laçın postundan keçirildiyini yazıb.

Nəşrin əldə etdiyi məlumata görə, çıxarılması mümkün olmayan texnika mümkün qədər məhv edilib, bəziləri partladılıb.

Qeyd edilir ki, Azərbaycan əsasən antiterror əməliyyatı nəticəsində nəzarətinə keçən sursatları nümayiş etdirirlər. Zirehli texnikalar isə azərbaycanlılara yox, Rusiya sülhməramlılarına təhvil verilib.

Teqlər: