Separatçılar bu yolla Xankəndiyə silah daşıyırmış – Xəritə

Separatçılar bu yolla Xankəndiyə silah daşıyırmış – Xəritə

Xəbər verdiyimiz kimi, bu gün Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Azərbaycan MN şəhidimiz barədə hər hansı açıqlama yaymasa da, erməni mediası 3 zabitinin məhv edildiyini, birinin yaralandığını bildirib.

AzerTimes erməni separatçı-terrorçuların Xankəndiyə silah daşıdığı yolun xəritəsini təqdim edir:

Teqlər: