Qarabağdakı erməni separatçılar Ağdam-Xankəndi yolunu minalayıb.
AzerTimes xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev Feysbuk hesabında yazıb.
O bildirib ki, separatçılar 18 iyul tarixində sözügedən yola minalar basıdırıblar.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi humanitar yardım ötən gündən Ağdam-Xankəndi yoluna çatıb.