SEPAH-ın Kəşfiyyat Təşkilatının bir qrup müstəntiqinin böyük iş adamlarından külli miqdarda rüşvət aldıqlarını əks etdirən məhkəmə sənədləri ifşa olub.
AzerTimes xəbər verir ki, bu barədə “İran İnternational” kanalı məlumat yyaıb.
Sənədlərdə SEPAH-ın Kəşfiyyat Təşkilatının müstəntiqi Məhəmməd Mehdi Badinin İranın “polda kralı” kimi tanınan iş adamı Rəsul Danialzadədən 400 min dollar və 60 min avro rüşvət aldığı göstərilir.
Bununla yanaşı, həmin müstəntiqin Tehranın “İstiqlal” klubunun idarə heyətinin keçmiş sədri, “Gilan Grand Hotel”in sahibi İsmayıl Xəlilzadədən də yüz minlərlə dollar rüşvət aldığı qeyd edilib.