SEPAH zabiti atışmada öldürüldü

SEPAH zabiti atışmada öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti Səccad Əmiri silahlı qruplaşma üzvləri ilə atışmada öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə Kirmanşah vilayətinin siyasi məsələlər üzrə vitse-qubernatoru Əli Şaabani deyib.

“Şəhərin kənarındakı kəndlərdən birində SEPAH döyüşçüləri ilə silahlı cinayətkarlar arasında baş verən toqquşma nəticəsində Səccad Əmiri adlı Bəsic zabitlərindən biri öldürülüb”, – deyə o bildiribç

Vitse-qubernator əlavə edib ki, silahlı cinayətkarların tutulması istiqamətində işlər aparılır.

Teqlər: