SEPAH yeni raket aldı və ABŞ-ı hədələdi

SEPAH yeni raket aldı və ABŞ-ı hədələdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələri yeni qanadlı raket olan “Paveh”i arsenalına qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə SEPAH-ın komandanı, briqada generalı Əmir Əli Hacızadə deyib.

Hacızadə bildirib ki, Kürdüstan əyalətində ölən iranlı əsgərlərin xatirəsinə adlandırılan “Paveh”in mənzili 1650 km-dır.

O əlavə edib ki, hazırda İran raketləri yüksək dəqiqliklə istehsal olunur və ABŞ-ın regiondakı qüvvələri İran raketlərinin mənzili daxilindədir:

“İran ABŞ gəmilərini 2 min km radiusda məhv etmək gücünə sahibdir. İran Yer atmosferindən kənarda manevr edə və bütün raketdən müdafiə sistemlərini vura bilən yeni hipersəs raketinin inkişafı ilə ABŞ-ın üstünlüyünü sarsıdıb”.

Teqlər: