SEPAH vurdu, Abdullahian isə baş nazirlə görüşdü

SEPAH vurdu, Abdullahian isə baş nazirlə görüşdü

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Pakistanın Baş naziri Ənvar-ül Haq Kakar ilə Davos sammiti çərçivəsində görüşüb və müzakirələr aparıb.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Görüş zamanı Abdullahian iki ölkə arasında münasibətlərin artan tendensiyasından məmnunluğunu ifadə edib.

Qeyd edək ki, ötən gün İran Pakistan ərazisinə zərbə endirmişdi. Pakistanın Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirmişdi.

Görüşdə bu məsələnin müzakirə edilib-edilmədiyi haqda məlumat verilməyib.

Teqlər: