SEPAH və Bəsic üzvləri öldürüldü

SEPAH və Bəsic üzvləri öldürüldü

Pakistanla sərhəddə İran İslam İnqilabı Keşikçiləri Korpusunun 4 üzvü terrorçu qrupların hücumu nəticəsində həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“Bu gün səhər terrorçu qruplarla SEPAH-ın Seravan qəsəbəsindəki 44-cü briqadasının qüvvələri arasında qarşıdurma baş verib. Nəticədə SEPAH zabiti Məhəmməd Qudarzi, “Bəsic” təlükəsizlik qüvvələridən Rəhim Baxş-Pərəki, Həmidrza Abidi və Mahmud Nihaqzadə öldürülüb”, – məlumatda bildirilir.

Bildirilir ki, İran təhlükəsizlik qüvvələrinin cavab atəşi nəticəsində terrorçular qaçmağa məcbur olub.

Teqlər: