SEPAH üzvü bacısını güllələdi

SEPAH üzvü bacısını güllələdi

İranın Loristan əyalətinin Ələştər şəhərində SEPAH üzvü 20 yaşlı bacısı Raziyə Həsənvəndi güllələyərək öldürüb.

AzerTimes xəbər verir ki, bu barədə qadın haqları müdafiəçiləri məlumat yayıb.

Bildirilib ki, Raziyə Həsənvəndin güllələnməsinə səbəb həyat yoldaşından ayrılması olub.

Qeyd edək ki, son 6 ay ərzində İranda 60 qadın həyat yoldaşı və yaxın ailə üzvləri tərəfindən öldürülüb.

İnsan haqları müdafiəçiləri İranda öldürülən qadınların sayının rəsmi statistikada göstəriləndən daha çox olduğunu bildirirlər.

Teqlər: