İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ağır hərbi texnikaları Soyuqbulaq şəhərinə yeridilib.
AzerTimes xəbər verir ki, bu barədə MOUZE Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, hazırda şəhərin hər yerindən atışma səsləri eşidilir.
Təsdiqlənməmiş məlumatlara görə, bir etirazçı ölüb, onlarla insan yaralanıb.