SEPAH Suriyadakı zabitlərini geri çağırır

SEPAH Suriyadakı zabitlərini geri çağırır

İran SEPAH komandirlərini qorumaq üçün onları Suriyadan geri çağırır.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Tehran hökumətinin SEPAH zabitlərini Suriyadan çıxarması İsrailə qarşı əməliyyatların dayandırılması anlamına gəmir. İran bundan sonra əməliyyatları uzaqdan və Hizbullah təşkilatı vasitəsilə həyata keçirməyə hazırlaşır”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, İsrailin Suriyada SEPAH-ın mərkəzlərinə sonuncu hücumu zamanı İranın 5 yüksək rütbəli zabiti ölüb.

Teqlər: