SEPAH-ın Ali Baş Komandanının müşaviri və Kəşfiyyat Təşkilatının keçmiş rəhbəri Hüseyn Taib medianı hakimiyyətin artilleriyası adlandırıb və bu sahədə zəifliklərin olduğunu deyib.
AzerTimes xəbər verir ki, o, hazırda media sahəsində rejimin istənilən səviyyədə mübarizə apara bilmədiyini etiraf edib.
Tehranın “Əmir Kəbir” Universitetində çıxışı zamanı Hüseyn Taib internetin düşmənin əlində güclü silah olduğunu və düşmənin qələbəsinin qarşısını almaq üçün internetin məhdudlaşdırılmasının vacibliyini bildirib.