Bir sıra hərbi mənbələrin məlumatlarına əsasən, SEPAH-ın raket bazalarında hərbi hərəkətlilik və fəallıq müşahidə olunur.
AzerTimes xəbər verir ki, bu barədə SEPAH-a bağlı Teleqram kanalları və X hesabları məlumat yayıb.
Məlumatda İsrailə hücum saatının yaxınlaşdığı bildirilib.
İranın rəsmi dövlət mediası isə İsrailə qarşı təhdid bəyanatları dərc etməyə davam etsələr də, yuxarıdakı iddia ilə bağlı məlumat yaymayıblar.