Gecə saatlarında SEPAH İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə balistik raketlərlə zərbə endirib.
AzerTimes xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.
Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib.
“Röyters” isə partlayış səslərinin Ərbil şəhərinin 40 kilometrliyində, ABŞ konsulluğuna yaxın ərazidə eşidildiyini yazıb.
SEPAH yaydığı bəyanatda hücumun komandirlərinin öldürülməsinə cavab olduğunu bildirib.