SEPAH peycerdən istifadəni qadağan etdi

SEPAH peycerdən istifadəni qadağan etdi

Livanda baş verən peycer partlayışlardan sonra SEPAH bütün üzvlərinə peycerdən istifadə etməmək barədə göstəriş verib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“SEPAH təkcə peycerlərin yox, bütün rabitə vasitələri və cihazların yoxlanılması üçün geniş əməliyyat aparır”,- məlumatda bildirilib.

Mənbə, həmçinin SEPAH-ın orta və yüksək rütbəli zabitləri arasında da təhqiqat işlərinin başlanıldığını yazıb.

“SEPAH üzvlərinin özləri və ailələrinin daxil və xaricdəki bank hesabları, həmçinin onların xarici ölkələrə səfərləri araşdırılır”,- mənbə qeyd edib.

Teqlər: