SEPAH Pakistanda rejimə müxalif gəncləri öldürdü

SEPAH Pakistanda rejimə müxalif gəncləri öldürdü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik bölməsinin əməkdaşları İran hökumətinə müxalif olan Pakistanda yaşayan iki gənci öldürüb.

AzerTimes xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, Pakistanın Təftan sərhəd bölgəsində baş verən hadisə nəticəsində əməliyyatda iştirak edən bir neçə SEPAH üzvü də yaralanıb və həbs edilib.

Qeyri-rəsmi yerli mənbələr müxaliflərə qarşı silahlı hücumun SEPAH-ın Əfqanıstan və Pakistan vətəndaşlarından formalaşdırdığı “Fatimiyyun” və “Zeynəbiyyun” qruplaşmasının üzvləri tərəfindən həyata keçirildiyini yazıblar.

Teqlər: