SEPAH öz neft-kimiya zavodunu raketlə vurdu

SEPAH öz neft-kimiya zavodunu raketlə vurdu

Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Çabahar şəhərində yerləşən neft-kimiya müəssisəsinə 3 raket düşüb.

AzerTimes xəbər verir ki, bu barədə “Balatərin” yerli mənbələrə istinadən məlumat yayıb.

Yerli şahidlərin dediyinə görə, Çabahar şəhərinin şərqindən buraxılan 5 raketdən ikisi havada zərərsizləşdirilib, biri zavoda, ikisi isə zavodun yaxınlığına düşüb.

Raketlərin SEPAH tərəfindən buraxıldığı və texniki nasazlıq səbəbindən zavoda düşdüyü bildirilib.

Hadisənin təfərrüatı və insan itkisi barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, bu gün SEPAH Çabahar bölgəsində “Peyambər-i Əzəm 18” adı altında genişmiqyaslı hərbi təlim keçirir.

Teqlər: