SEPAH MOSSAD qərargahını vurdu – ABŞ-dan reaksiya

SEPAH MOSSAD qərargahını vurdu – ABŞ-dan reaksiya

İranın İraqın sabitliyini təhdid edən məsuliyyətsiz raket hücumlarına qarşıyıq.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller X hesabında yazıb.

“İranın Ərbildəki hücumlarını şiddətlə qınayır və həlak olanların ailələrinə başsağlığı veririk. Biz İraq hökumətinin və Kürdüstan Bölgəsinin İraq xalqının tələblərini qarşılamaq üçün səylərini dəstəkləyirik”, – Miller bildirib.

Qeyd edək ki, İranın Ərbil şəhərinə raket hücumları nəticəsində azı 4 nəfər ölüb, 6 nəfər yaralanıb. SEPAH sözügedən hücumun SEPAH komandirlərinin öldürülməsinə cavab olduğunu və bu hücumlar nəticəsində İsrailin casus qərargahlarından birinin məhv edildiyini bildirib.

Teqlər: