İran-İraq müharibəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən olan Əlirza Fəxrai hökumət iclasında səsvermə yolu ilə Tehranın valisi seçilib.
AzerTimes xəbər verir ki, xarici KİV-də Ə.Fəxarinin vali seçilməsi İran hökumətinin indiki duruma görə dövlət vəzifələrinə hərbçilərin yerləşdirilməsinin artacağına nümunə kimi göstərilib.
İran mediasının yaydığı məlumatda isə Əlirza Fəxrainin hərbçi keçmişinin gizlədilməsinə, onun sivil şəxs kimi qələmə verilməsinə çalışılıb.
Qeyd edək ki, Əlirza Fəxrai radikal mühafizəkar qanada bağlı komandirlərdən sayılır. Buna görə də onun Tehran valisi təyin olunması ilə yaxın günlərdə paytaxtda daha çox zorakılıq və ciddi təhlükəsizlik tədbirlərinin tətbiq olunacağı gözlənilir.