Məsud Pezeşkianın topladığı səslərin şübhə altına alınmasına xidmət edən və etibarına xələl gətirən ifadə və fikirlər bildirməyin.
AzerTimes xəbər verir ki, bunu SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə deyib.
“İnqilab qüvvələri seçki prosesi və namizədlərin səslərinin sayı ilə bağlı həqiqətə zidd olan hər hansı şərhlər verməkdən çəkinməlidirlər”, – SEPAH komandiri bildirib.
Qeyd edək ki, Pezeşkianın rəqibləri Əli Xameneinin ona dəstəyi nəticəsində qələbə çaldığı barədə üstüörtülü fikirlər səsləndiriblər.