İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının Kirman əyalətində taktiki təlimləri keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Təlimlər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmmədhüseyn Bagiri və İran Ordusunun komandanı general-mayor Əbdülrəhim Musəvinin iştirakı ilə baş tutub.
Generallar SEPAH quru qüvvələrinin döyüş və müdafiə hazırlığını yoxlamaq üçün Kirmana gəliblər.