Tehran İsrailin İrana hücumunu cavabsız qoymayacaq.
AzerTimes xəbər verir ki, bu barədə İranın güc strukturlarına yaxın Teleqram kanalları məlumat yayıb.
İsrailin hücumunu “sadə atəşfəşanlıq” adlandıran kanallar Tehranın cavab verməyə hazırlaşdığını və “Doğru vəd-3”ün gecikməyəcəyini iddia ediblər.
Qeyd edək ki, İsrail 26 oktyabrda İrana hava zərbəsi endirib. İran isə 13 apreldə və 1 oktyabrda İsrailə hava hücumu həyata keçirib. SEPAH bu hücumları “Doğru vəd” adlandırıb.