“Əbu Mehdi” qanadlı raketi İran Hərbi Dəniz Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) arsenalını daxil edilib.
AzerTimes xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
“Bu gün səhər müdafiə naziri, Hərbi Dəniz Qüvvələri komandanı müavini və SEPAH Hərbi Dəniz Qüvvələri komandanının iştirakı ilə “Əbu Mehdi” qanadlı raketi Hərbi Dəniz Qüvvələrinin və İİKK-nın ordu hissələrinə təhvil verilib”, – deyə məlumatda bildirilir.
Agentliyin məlumatına görə, “Əbu Mehdi” İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin aerokosmik sənayesinin məhsuludur. Raketin uçuş məsafəsi min kilometri ötür və döyüş başlığında yüksək dağıdıcı partlayıcılardan istifadə müxtəlif tipli gəmiləri, freqatları və esminesləri məhv etməyə imkan verir.
“Əbu Mehdi” raketini bütün növ mobil və stasionar daşıyıcılardan buraxmaq mümkündür və onun istiqamətləndirmə və naviqasiya sistemi uçuş zamanı hədəfin son yeri haqqında məlumatı yeniləyə bilir.