İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Hüseyn Səlami briqada generalı Məhəmməd Kazımini SEPAH kəşfiyyatının yeni rəhbəri təyin edib.
AzerTimes xəbər verir ki, SEPAH komandiri general-mayor Hüseyn Səlami bununla bağlı müvafiq fərman imzalayıb.
SEPAH sözçüsü, briqada generalı Ramzan Şərif bildirib ki, Kazıminin sələfi din xadimi Hüseyn Taib SEPAH baş komandanının müşaviri vəzifəsində çalışacaq.
Qeyd edək ki, Kazımi uzun illər SEPAH əks-kəşfiyyatının rəhbəri olub və SEPAH-da təhlükəsizlik və kəşfiyyat məsələlərində böyük təcrübəyə malikdir.