İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) Suriyada daha bir bazasından məhrum olub.
AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Məlumata görə, SEPAH-ın Xan Şeyxundakı hərbi bazası “Təhrir Əş-Şam” silahlıları tərəfindən ələ keçirilib.
Qeyd edək ki, dünən SEPAH-ın Sərakib şəhərindəki bazasını da itirdiyi məlum olub.