SEPAH-ın Sistan və Bəlucistan əyalətinin Çabahar şəhəri yaxınlığında keçirdiyi “Peyambər-i Əzəm 18” hərbi təlimi zamanı 11 hərbçi xəsarət alıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli mənbələr sosial mediada məlumat yayıblar.
Bildirilib ki, SEPAH-ın şərti düşmənə raket hücumunu simulyasiya etdiyi zaman texniki nasazlıq səbəbindən buraxılan reketlərdən ikisi geri qayıdaraq raket buraxılışı platformasının yaxınlığına düşüb.
Yaralı SEPAH üzvlərinin Çabahar şəhərinin “Seyyid əl-Şühəda” xəstəxanasına yerləşdirildikləri, bir neçəsinin durumunun ağır olduğu bildirilir.
Qeyd edək ki, yanvarın 10-da keçirilən genişmiqyaslı təlim zamanı buraxılan raketlərdən üçü Çabaharın neft-kimiya zavoduna düşüb.