İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qərargahına zərbələr endirilir.
AzerTimes xəbər verir ki, bu barədə məlumat və görüntülər sosial şəbəkədə yayılır.
İlkin məlumata görə, vurulan ərazi SEPAH-ın Suriyada yerləşən qərargahıdır.
Bundan öncə sözügedən ərazidə İranın 25 yük maşınına zərbələr endirildiyi qeyd edilmişdi.