SEPAH-ın qadın lideri Suriyada öldürüldü

SEPAH-ın qadın lideri Suriyada öldürüldü

Suriyanın Deyr əz-Zor əyalətinin Əl-Bukəmal şəhərində naməlum silahlı şəxslər SEPAH-ın qadın lideri Ruqəyyə Kazem əl-Sudanini öldürüblər.

AzerTimes xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Onun meyiti bu əyalətdəki tərk edilmiş binalardan birində tapılıb.

“Ümmü Zeynəb” təxəllüsü ilə Əs-Sudaninin uzun müddət Dəməşqdə yaşadığı bildirilir.

Məlumata görə, o, çox sayda qətllər törədib, habelə qadın və uşaqları “İran Mədəniyyət Mərkəzi” adlanan yerə cəlb edib.

Teqlər: