İsrailin Suriyada iki SEPAH üzvünü öldürməsi cavabsız qalmayacaq.
AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bugünkü mətbuat konfransında deyib.
“İslam Respublikası istənilən hücuma cavab verəcək və düşmənlərin heç bir hərəkəti reaksiyasız qalmayacaq”, – Kənani bildirib.
Qeyd edək ki, dekabrın 2-də İsrailin Suriyada İrana bağlı qüvvələrin bazasına hava hücumu nəticəsində Məhəmmədəli Ətayi Şurçe və Pənah Təqizadə adlı iki SEPAH zabiti öldürülüb.