İranın Sistan və Bəlucistan əyalətinin Zabol şəhərində iki etnik bəluc SEPAH məmurları tərəfindən güllələnib.
AzerTimes xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Məlumatda hökumət məmurlarının xəbərdarlıq etmədən açdıqları atəş nəticəsində 26 yaşlı Delaviz Gərgicin həyatını itirdiyi və daha bir nəfərin isə ağır yaralandığı bildirilib.