SEPAH-ın hücumlarının heç bir əsası yoxdur.
AzerTimes xəbər verir ki, bunu İraq Kürdüstanı Regional hökumətinin Baş naziri Məsrur Bərzani X sosial hesabında yazıb.
Bərzani paylaşımında SEPAH-ın Ərbil şəhəri yaxınlığına hücumunu pisləyib.
O, bu hücumları İraq və Kürdüstan bölgəsinin suverenliyinin açıq şəkildə pozulması hesab edərək, Bağdaddakı federal hökumətdən buna qarşı mövqe nümayiş etdirməsini istəyib:
“Kürdüstan bölgəsinin beynəlxalq aləmdəki müttəfiqləri İnqilab Keşikçiləri Korpusunun hərəkətlərinə səssiz qalmamalıdır”.