HƏMAS-ın hücumu İsrailin məhv olması prosesinin başlanğıcıdır.
AzerTimes xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Salami SEPAH-ın bugünkü strateji plan və planlaşdırılma üzrə ümumi konfransındakı çıxışı zamanı deyib.
“İslam inqilabı qlobal məsələyə çevrilib, dünyada yayılıb. HƏMAS-ın “Əqsa tufanı” əməliyyatı bu inqilabın təzahürlərindən biridir”, – o bildirib.
SEPAH komandiri ötən il İranda baş verən kütləvi etiraz aksiyalarını da xatırladaraq, onu Qərbin və İsrailin planı adlandırıb. O, dolayı yolla İsrailə qarşı həyata keçirilən son hücumun aksiyalara cavab olduğunu bildirib.