SEPAH generalı sorğu-sual zamanı infarkt keçirdi

SEPAH generalı sorğu-sual zamanı infarkt keçirdi

SEPAH-ın Qüds qanadının komandanı İsmayıl Qaani infarkt keçirib və xəstəxanaya aparılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Skay Nyus Arabiya” İran mənbələrinə istinadən yazıb.

Məlumata görə, İsmayıl Qaani Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi ilə bağlı istintaqa çağırılıb və dindirilmə zamanı infarkt keçirib.

Qeyd edək ki, dünən İsmayıl Qaaninin Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi ilə bağlı istintaqa çağırıldığı və Xameneinin nəzarəti altında olan şəxslər tərəfindən dindirildiyi barədə məlumat yayılmışdı.

Ərəb İslam Şurasının baş katibi Seyid Məhəmməd Əli Əl-Hüseyni isə “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Qaaninin İsrail casusu olduğunu bildirib və onu Qasm Süleymani, Həsən Nəsrullah, İsmayıl Haniyə və başqalarının ölümünə görə günahkar sayıb.

Teqlər: