SEPAH gəmiləri bu gün Qəzza zolağının əhalisinə dəstək məqsədilə dəniz təlimləri keçirib.
AzerTimes xəbər verir ki, bu sözləri SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin Fars körfəzinin şimalında yerləşən Üçüncü Bəsic Dəniz Dairəsinin komandiri kontr-admiral Əli Baxşayi deyib.
“Fələstinin məzlum xalqına dəstək üçün dəniz təlimləri Əhvaz, Hendican, Ərvəndkanar şəhərlərində və İmam Həsən Müctəbi dəniz bazasında keçirilib. Bu təlimlər zamanı iştirakçılar gəmilərini Fars körfəzinin sularına çıxararaq sionist rejimin iyrənc cinayətlərindən iyrəndiklərini bəyan etdilər”, – o bildirib.
Onun sözlərinə görə, dəniz qüvvələri Fələstin xalqını müdafiə etməyə hazır olduqlarını nümayiş etdiriblər.