SEPAH din xadiminə qarşı sui-qəsdə cəhd etdi

SEPAH din xadiminə qarşı sui-qəsdə cəhd etdi

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatı Zahidan şəhərinin sünni din xadimi Mövləvi Əbdülhəmidə qarşı bioloji sui-qəsd təşkil etməyə cəhd edib.

AzerTimes xəbər verir ki, bu barədə qeyri-rəsmi xəbər mənbələri məlumat yayıb.

Məlumatda Mövləvi Əbdülhəmidə sui-qəsd etmək istəyən şəxsin müəyyənləşdirərək həbs edildiyi üçün terror hərəkətinin uğursuzluqla nəticələndiyi bildirilib.

Bəluc Fəallarının Kampaniyasının məsələ ilə bağlı yaydığı məlumata görə, terrora cəhd edən şəxs dini tələbə adı altında Məkki məscidinə girib, cümə imamına yaxın şəxslər tərəfindən saxlanıldıqdan sonra terror planı barədə etiraf edib. O, bir neçə aydır buna hazırlaşdığını və SEPAH tərəfindən hər həftə 15 milyon tümən məvacib aldığını söyləyib.

Qeyd edək ki, 9 aydan çoxdur Zahidan şəhərində etnik bəluclar hər həftənin cümə günü hökumət əleyhinə etiraz aksiyaları keçirir və cümə imamı həftəlik cümə namazı çıxışlarında Tehran hakimiyyətini sərt tənqid edir. O, bir neçə həftə öncə İranda hakimiyyət üsulunun dəyişdirilməsi üçün ümumxalq referandumunun keçirilməsini təklif edib.

Teqlər: