İran Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı iddia edilən xarici ölkəyə məxsus gəmiyə əl qoyub.
AzerTimes xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin İkinci Regional komandanı Ramazan Zirahi məlumat verib.
O bildirib ki, İran sahillərindən 60 mil məsafədə həyata keçirilən əməliyyat nəticəsində 757 min litr qaçaq yanacaq ələ keçirilib:
“Bundan başqa, gəmidə olan 7 xarici vətəndaş da saxlanılıb”.
Komandan saxlanılan gəmi və ekipaj üzvlərinin hansı ölkəyə məxsus olması barədə məlumat verməyib.