SEPAH daha bir etnik bəlucu güllələdi

SEPAH daha bir etnik bəlucu güllələdi

Sistan və Bəlucistan əyalətinin Dezap şəhərində SEPAH qüvvələri Əli Rigi adlı etnik bəlucu güllələyərək öldürüblər.

AzerTimes xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumatda Riginin avtoyumada işlədiyi və səbəb göstərilmədən onu həbs etmək istəyən məmurlara etiraz etdiyi üçün sinəsindən güllələnərək öldürüldüyü bildirilib.

Teqlər: