SEPAH: Bu, İsraili Tehrana yalvarmağa məcbur etdi

SEPAH: Bu, İsraili Tehrana yalvarmağa məcbur etdi

SEPAH-ın aerokosmik diviziyasının komandiri, briqada generalı Əmir Əli Hacızadə bildirib ki, İranın İsrailə qarşı cavab əməliyyatı Təl-Əvivi qorxudub və İsrail hakimiyyətini Tehrana əlavə addım atmaması üçün yalvarmağa sövq edib.

AzerTimes xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

İranlı generalın sözlərinə görə, İsrail aprelin əvvəlində İranın Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücum edərək ciddi yanlışa yol verib:

“İran rəsmiləri müharibə istəmir. Lakin onlar israillilərin nəzərə almadıqları müəyyən “qırmızı xətləri” görürlər. İsrail hakimiyyəti İranın reaksiya verəcəyini gözləmirdi. Tehranın qətiyyətli cavab verəcəyini görən İsrail rəsmiləri vasitəçilər vasitəsilə bizə təhdidlərini çatdırdılar. Lakin bir neçə gün sonra onlar başa düşdülər ki, İran təhdidlərə əhəmiyyət verməyəcək”.

O qeyd edib ki, İsrail hakimiyyəti bəzi qonşu ölkələrdəki həmkarlarından İran hərbçilərini cavab tədbirlərinin intensivliyini azaltmağa razı salmağı xahiş edib.

Teqlər: