SEPAH “Bakı, qəbrini qazma”ya yeni klip çəkdi – Video

SEPAH “Bakı, qəbrini qazma”ya yeni klip çəkdi – Video

SEPAH öz marşına Xudafərin körpüsündə yenə klip çəkərək, Azərbaycan və İsraili yenidən təhdid edib.

AzerTimes xəbər verir ki, bu haqda “ATARAKSİA” Teleqram kanalı məlumat yayıb.

Marşda “Həddini aşma, öz əlinlə öz qəbrini qazma. İran elan edir, bunu bilsin Azərbaycan!” – deyə qeyd olunub.

Bu dəfə SEPAH uşaqların əlinə bayraq verərək, Arazın O tayından hədə səsləndirib.

Qeyd edək ki, marş ötən ilin oktyabrında “Səhər Azəri” kanalında yayılmışdı, daha sonra isə “yeni klip”dən bəzi fraqmentlər (“Qüdsə yol Bakıdan keçir” yazısı ilə) dekabrda paylaşılmışdı.

Teqlər: