İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən video yayaraq, Azərbaycan Respublikasını təhdid edib.
AzerTimes xəbər verir ki, klip SEPAH-a bağlı sosial şəbəkələrdə yayılıb.
Klipdə SEPAH-ın hərbi gücü nümayiş etdirilir və komandirlərin dilindən bölgədə “hansısa geopolitik dəyişikliy”in qarşısının alınacağı deyilir.
“Qonşu ölkələrin sərhədlərində geopolitik dəyişikliklərə imkan verməyəcəyik, bu bizim qırmızı xəttimizdir”, – qeyd edilir.
Klipdə Ermənistan sərhədləri və Zəngəzur bölgəsi qırmızı xətlə çərçivələndiyi üçün SEPAH-ın “qırımızı xətti”nin Ermənistan olduğu məlum olur.
Qeyd edək ki, video ötən il hazırlanıb, SEPAH-a bağlı Teleqram kanallarında isə yenidən yayılıb.