SEPAH 2022-ci ildə ölkədə baş verən iğtişaşlarda 18 ölkənin kəşfiyyat xidmətini günahlandırıb.
AzerTimes xəbər verir ki, bu barədə SEPAH-ın kəşfiyyat xidmətinin rəhbəri Məhəmməd Kazımi yerli mediaya açıqlamasında deyib.
O bildirib ki, iğtişaşlarda ABŞ, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Fransa, Almaniya, Kanada, Belçika, Avstriya, Albaniya, Avstraliya, İslandiya, İtaliya, Kosova, Norveç, Bəhreyn, Yeni Zelandiya və İsrail kəşfiyyat xidmətləri fəal iştirak edib.
Qeyd edək ki, İranda ötən il gənc fəal Məhsa Əmininin baş örtüyünə görə öldürülməsindən sonra aylarla davam edən iğtişaşlar baş vermişdi.