Bu gündən sentyabrın 13-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
AzerTimes-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.
Bununla əlaqədar sentaybrın 11-i saat 00:00-dan sentyabrın 13-ü saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində də həmin müddət ərzində sərnişindaşıma dayandırılacaq.