Sentyabrda dövlət proqramı ilə xaricdə təhsilə sənəd qəbulunun başlanılması planlaşdırılır

Sentyabr ayında 2022-2023-cü tədris ili üçün “Gənclərin xarici
ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair
2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı sənəd qəbuluna
başlanılması planlaşdırılır.

AzerTimes-ın məlumatına görə, bunu təhsil nazirinin müşaviri Nicat
Məmmədli deyib.

O qeyd edib ki, Dövlət Proqramı çərçivəsində müvafiq seçim və
maliyyələşmə qaydaları yaxın zamanda təsdiq olunacaq.

“2007-2015-ci il” Dövlət Proqramında əvvəldən təhsil alan
şəxslərin sonradan maliyyələşməsi kimi təcrübə olub.

Hazırda təhsil alan şəxslərin Dövlət Proqramı vasitəsilə ilə
maliyyələşməsi mümkün ola bilər.

Seçim və maliyyələşmə qaydaları təsdiq olunduqda bunlar nəzərə
alınacaq. Yəqin ki, bundan sonra Dövlət Proqramından əvvəl təhsil
alan şəxslərin maliyyələşməsini də həyata keçirmək mümkün olacaq”,
– deyə o bildirib.

Teqlər: